Another advertisement
Tbilisi meriyası şəhərdə ictimai nəqliyyat üçün daha çox zolaqlar yaratmaq istəyir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze danışıb.
Onun sözlərinə görə, indi yalnız müəyyən küçələrdə avtobus zolağı var və zolaq bitəndə ictimai nəqliyyat digər avtomobillər kimi tıxacda qalır.
“Biz ictimai nəqliyyat üçün daha çox zolaqlar yaratmaq istəyirik ki, onun sərbəst, problemsiz və ləngimədən hərəkət etməsini təmin edək”, deyə Kaladze bildirib.
Kaladze qeyd edib ki, bunu tez bir zamanda etmək mümkün deyil, çünki hətta iki küçənin eyni vaxtda bağlanması paytaxt sakinləri üçün xeyli narahatlıq yaradır.