This is a specific ad

Bu gün Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclası keçiriləcək

51

Another advertisement

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında xəbər verilib.

Bildirilir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcəklər.

Yerli vaxtla saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Aİ Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

Məlumata görə, nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Kətan toxumunun faydaları
Öncəki yazı
იტალიაში მატარებლების შეჯახების შედეგად 17 ადამიანი დაშავდა