This is a specific ad

9 ayda Gürcüstanda törədilən kriminal hadisələr – STATİSTİKA

54

Another advertisement

Bu ilin 9 ayında Gürcüstanda 52 nəfər öldürülüb. Bundan başqa, yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsi ilə əlaqədar 5 fakt qeydə alınıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Statistik məlumatlara əsasən, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək ölkə ərazisində qəsdən adamöldürmə ilə əlaqədar 27, ağırlaşdırıcı hallarda isə 25 qəsdən adamöldürmə faktı qeydə alınıb. Onlardan 47-sinin üstü açılıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adamöldürmə cinayətləri 8, az ağırlaşdırıcı şəraitdə qəsdən adamöldürmələrin sayı isə 4 vahid artıb.

Sənədə əsasən, cari ilin 9 ayında yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsi ilə əlaqədar 5 fakt qeydə alınıb. Ötən il sözügedən cinayətlə bağlı 3 fakt qeydə alınmışdı.

Həmin dövrdə adam öldürməyə cəhdlə əlaqədar 44, ağırlaşdırıcı hallarda isə 36 adam öldürməyə cəhd faktı açılıb.

Bundan başqa, 982 intihar, 141 ehtiyatsızlıqdan adam öldürmə faktı qeydə alınıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
„ჰამასი“ იმუქრება, რომ მათი მოთხოვნების დაკმაყოფილების გარეშე არცერთ მძევალს არ გაათავისუფლებს
Öncəki yazı
9 ay ərzində qeydə alınmış seksual xarakterli cinayətlər – STATİSTİKA