This is a specific ad

9 ay ərzində qeydə alınmış seksual xarakterli cinayətlər – STATİSTİKA

26

Another advertisement

Cari ilin 9 ayında Gürcüstanda seksual xarakterli cinayətlərlə əlaqədar 412 fakt qeydə alınıb ki, bunlardan 272-nin üstü açılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək olan müddətdə 154 zorlama, 54 digər cinsi xarakterli hərəkətlər, 22 şəxsin bədəninə cinsi yolla daxilolma və ya başqa cinsi hərəkətlərə məcbur etmə, 86 on altı yaşına çatmamış şəxsin orqanizminə cinsi yolla nüfuzetmə, nalayiq hərəkətlərə görə isə 96 fakt qeydə alınıb.

bununla yanaşı, ötən ilin eyni dövründə 396 seksual xarakterli cinayət faktı qeydə alınıb və bununla da sözügedən cinayət 4,04% artıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
9 ayda Gürcüstanda törədilən kriminal hadisələr – STATİSTİKA
Öncəki yazı
Ge/Az მარნეულელი ტანმოვარჯიშეები “თბილისის ჯიმნაესტრადას” ჩემპიონები არიან.