Another advertisement
2023-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,2%, illik inflyasiyanın səviyyəsi isə 0,1% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyaya gəldikdə isə 2023-cü ilin noyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,1%, tütünsüz illik baza inflyasiyası isə 1,8% müəyyən edilib.
Ötən ay ən çox ucuzlaşan 10 ərzaq məhsulunun siyahısını təqdim edirik:
- Qarabaşaq yarması – 45,27%
- Günəbaxan yağı – 33,82%
- Kartof – 33,66%
- Marqarin – 20,89%
- Qoz – 17,10%
- Limon – 15,07%
- Xiyar – 14,73%
- İrmik – 14,08%
- Şəkər – 11,79%
- Badımcan – 10,84%