Another advertisement
Belçikada səfərdə olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili paytaxt Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.
QafqazTürk.com xəbər verir ki, Ğaribaşvili bu barədə sosial şəbəkə hesabında yazıb.
“Şarl Mişellə məhsuldar görüş keçirdik. Əlaqələrimizi gücləndirməyə davam edirik. 12 tövsiyəni yerinə yetirməyə qərarlıyıq və bu il namizəd statusu almağa layiqik. Birlikdə regionda sülhü, demokratiyanı və iqtisadi inkişafı təşviq edəcəyik”, – deyə Baş nazir qeyd edib.