This is a specific ad

8-12 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

44

Another advertisement

8-9 dekabr tarixlərində Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Kolxeti düzənliyi, Zemo İmereti və Qara dənizin sahilyanı ərazilərində güclü şərq küləyi əsəcək. Dekabrın 10-da yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

“Dekabrın 12-dək Şərqi Gürcüstanda yağışlı hava olacaq.

Dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış yağacağı, hava temperaturunun gün ərzində +10, +12 dərəcə isti olacağı gözlənilir .

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 8-9 dekabrda hava isti, əsasən yağmursuz, küləkli olacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, hava temperaturu enəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 8-9-da hava isti, əsasən yağmursuz keçəcək, şərqdən güclü külək əsəcək. Hav temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 8-9-da hava əsasən yağmursuz, küləkli olacaq. Dekabrın 10-da yağış yağacaq. Hava temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 8-9-da hava əsasən yağmursuz, küləkli olacaq. Dekabrın 10-da bəzi yerlərdə qar yağacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 12-dək yağmurlu hava olacaq. Hava temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): dekabrın 12-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Dusheti, Tianeti, Pasanauri, Dedoplistskaro): dekabrın 12-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 12-dək qar yağacağı gözlənilir. Gün ərzində hava temperaturu +4, +6 dərəcə təşkil edəcək”, – deyə Milli Ekologiya Agentliyinin məlumatında bildirilib. 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ərdoğandan Ermənistana çağırış: Fransa sizi təxribata çəkir
Öncəki yazı
İlahiyyatçı Mirhəmid Məmmədov Gürcüstanın yeni Şeyxini təbrik etdi