This is a specific ad

Marneulidə “Mənim Yeni İlim” adlı rəsm müsabiqəsi elan edilib

15

Another advertisement

Marneuli Amerika Guşəsi və Marneuli Xalq Kitabxanası Yeni il bayramı ilə əlaqədar “Mənim Yeni İlim” mövzusunda rəsm müsabiqəsi elan edir.

QafqazTürk.com xəbər verir ki, müsabiqədə Marneuli ictimai məktəblərinin 10-18 yaş arası şagirdləri iştirak edə bilərlər.

Əsas qiymətləndirmə meyarları aşağıdakılardır:

– Müsabiqənin mövzusuna/məqsədinə uyğunluq;
– Rəssamlığın innovativliyi/yaradıcı yanaşma.
– Rəsm ən azı A3 ölçülü kağızda, karandaş, quaş, akvarel və ya təbii materiallarla hazırlanmalıdır.

Bir iştirakçı yalnız bir əsər təqdim edə bilər;

– Gecikmiş rəsmlərə baxılmayacaq;
– Müsabiqənin iştirakçısı ad, soyad, məktəb/sinif və telefon nömrəsini qeyd etməlidir.
– Maraqlanan şəxslər əsərlərini dekabrın 22-dən gec olmayaraq Marneulinin Amerika guşəsinə və ya Marneuli Xalq Kitabxanasına Marneuli küç., Rustaveli 71b ünvanına çatdırmalıdır. (Marneuli kitabxana binası)

Müsabiqə çərçivəsində üç ən yaxşı əsərin müəllifləri müəyyən olunacaq və onlara simvolik mükafatlar təqdim olunacaq.
Əlavə suallar yaranarsa, aşağıdakı əlaqə nömrəyə zəng edə və ya elektron poçt ünvanına yaza bilərsiniz:
+995 577 59 07 67
marneuliamericancorner@gmail.com,
marneulilibrary@gmail.com

Kateqoriya: Maraqlı
Sonrakı yazı
4.5 მილიარდი დოლარი უკრაინას
Öncəki yazı
მოძრაობა აიკრძალა! – გზების დეპარტამენტი განცხადებას ავრცელებს