Gürcüstanda qış mövsümü kurortu 20 dekabrdan başlayacaq.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan Dağ Kurortları Administrasiyası məlumat verib.
Administrasiyanın verdiyi məlumata görə, ölkənin qış kurortları qonaqları qəbul etməyə tam hazırdır: nəqliyyat, kanat yolları və bütün texniki işlər artıq görülüb.
Gürcüstanın bütün 4 dağ və xizək kurortunda: Qudauri, Bakuriani, Qoderdzi və Mestiada istirahətçilər dekabrın 9-dan tədricən kanat yollarından və xizək yollarından istifadə edə biləcəklər