This is a specific ad

Ərdoğan Qarabağı misal çəkib sərt danışdı: “Pərən-pərən düşəcəklər”

50

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə İsrailin Qəzzaya hücumlarını sərt şəkildə qınayıb.

QafqazTürk.com xəbər verir ki, o bildirib ki, İsrail əsl ordu ilə müharibə aparsa pərən-pərən düşəcək:

İsrail buna ehtiyac duymadan özünə gəlməlidir. İsrail rəhbərləri gec-tez insanlıq məhkəməsində mühakimə olunacaq, layiq olduqları cəzanı çəkəcək və tarixin zibilliyində yer alacaqlar. Netanyahunun hara qaçacağını bilmirəm.Qarabağın işğalına, Türküstandakı zülmə, Kəşmir və Arakandakı haqsızlıqlara razı olmadıq. Bu gün də Qəzzaya qarşı vəhşiliyə qarşı Fələstin xalqının yanında olmaqla eyni şərəfli mövqeyi nümayiş etdiririk. Qəzzada öldürülən minlərlə qadının, qocanın və günahsızın tərəfində olmaq üçün fəlsəfi əsaslar axtarmağa ehtiyac yoxdur. Qəzza xalqına edilən zülmə qarşı çıxmaq üçün insan olmaq kifayətdir. Təbii ki, İsrail İkinci Dünya Müharibəsindən bəri Fələstin coğrafiyasına etdiyi zülmə görə cavab verəcək”, – deyə Ərdoğan bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tənbəlliyin faydaları var imiş
Öncəki yazı
Azərbaycanda güclü zəlzələ olub