This is a specific ad

Gürcü politoloqlar Ermənistanda Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilməsini pisləyiblər

18

Another advertisement

“Pis hava şəraitində azıb Ermənistan ərazisinə keçən sıravi əsgərin ömürlük həbs cəzasına məhkum edilməsi beynəlxalq hüquq prinsipləri və qanunlarına ziddir”.

QafqazTürk.com xəbər verir ki,bunu hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistanda əsir saxlanılan Hüseyn Axundova ömürlük həbs cəzası verilməsi xəbərini şərh edərkən bildirib.

“Ermənistanın atdığı bu addım növbəti qanun pozuntusudur. Onlar girovlarla bağlı Cenevrə konvensiyasının maddələrinə uyğun hərəkət etmirlər”, – ekspert bildirib.

V.Maysaya əlavə edib ki, atılan adım sülh müqaviləsi öncəsi alver etmək xarakteri daşıyır. Yəni, hansısa bir istəyin yerinə yetirilməsi üçün bu addımı atıblar.

Hüseyn Axundova ömürlük həbs cəzası verilməsi xəbərini şərh edən gürcü bloger, siyasi şərhçi Giorgi Caxaya da bildirib ki, Ermənistan rəhbərliyi tez zamanda etdikləri səhvi başa düşməlidir: “Çünki heç bir günahı olmayan Azərbaycan əsgərinin Ermənistanda ömürlük həbsdə qalması sülh prosesinə vurulan zərbədir. Milyonlarla insanın taleyi məhz bu məsələnin həllindən asılıdır”.

Onun sözlərinə görə, Ermənistanın atdığı bu addım sülh prosesinə çox mənfi təsir edir: “Regionda sülh müqaviləsinin imzalanması üçün onlar bu cür addımlardan çəkilməlidirlər. Regionda sülhə doğru sürətlə gedilən bir zamanda Ermənistanın bu addımı hər şeyi heçə endirəcək. Onların etdiyi ağılsızlıq regionun sabitliyinə mane olacaq. Çünki Qafqaz Şərqlə Qərbi birləşdirəcək yeganə məkandır. Ümid edirəm ki, Ermənistan rəhbərliyi etdiyi səhvi başa düşəcək və heç bir günahı olmayam Hüseyn Axundovu azadlığa buraxacaq”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Böyük Britaniya viza alınması qaydalarını sərtləşdirəcək
Öncəki yazı
Marneulinin 7 küçəsində və 1 kəndində suvarma kanalları bərpa olunacaq