This is a specific ad

Polşada 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb

61

Another advertisement

Polşada üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, saxlanılanlar 19 yaşlı qızı qanunsuz olaraq azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Polşa polisinin məlumatına görə, saxlanılanlar Skiernievicedə yaşayan gənc qızı zorla evindən aparıblar.

Mövcud məlumata görə qaçırılan qız da Gürcüstan vətəndaşıdır və polis onu Skiernievicedən 180 kilometr aralıda, Vieruşevi rayonunda tapıb.

Qaçırılmış qızın tibbi yardıma ehtiyacı olmayıb lakin hadisə səbəbindən çox qorxduğu bildirilib.

Həbs olunanların 38, 37 və 33 yaşlarında olduğu bildirilir və etdikləri cinayət əməli sübuta yetirilərsə, onları 5 ilə qədər həbs gözləyir. 

Dekabrın 4-də məhkəmə prokurorun vəsatətini təmin edərək, onları 3 aylıq həbs-qətimkan tədbirinə cəlb edib. 

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
პრეზიდენტმა ღირსების მედლით დააჯილდოვა დავით ბერიაშვილი და და-ძმა გიორგი და სოფი ყარალაშვილები, რომლებიც შოვის ტრაგედიას ემსხვერპლნენ.
Öncəki yazı
„ვერ დავუშვებთ, რომ არჩევნებში დონალტ ტრამპმა გაიმარჯვოს“ – ჯო ბაიდენი