This is a specific ad

Qiorqi Amilaxvari – 2024-cü ilin iyulun 1-dən müəllimlərin maaşı tam dərs yükü halında orta hesabla 500 lari artacaq

24

Another advertisement

“2024-cü il iyulun 1-dən dərs yükü tam dolduqda müəllimlərinin maaşı 500 lari artırılacaq.”

QafqazTürk.com xəbər verir ki,deyə elm və təhsil naziri Giorgi Amilaxvar hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

“Bizim üçün ən vacib istiqamətlərdən biri ümumi təhsilin inkişafıdır. Bu baxımdan ən vacibi müəllimlərin maaş siyasətinin təkmilləşdirilməsidir. Hökumətimiz dövründə müəllimlərin maaşında 200 faiz artım olub, bu rəqəm daha da artacaq. Yeni əmək haqqı düsturu üzərində iş aparılır. Bütün maraqlı tərəflər prosesdə iştirak edir”, – deyə Amilaxvar bildirib.

Nazirin sözlərinə görə, yeni əməkhaqqı siyasəti çərçivəsində bütün müəllimlərin maaşı artırılacaq, nəticədə Amilaxvarinin sözlərinə görə, son illərlə müqayisədə onlar 4 dəfə, 5 dəfə çox maaş alacaqlar.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı AÇIQLANDI
Öncəki yazı
Çin lideri dünya dövlətlərinə çağırış edib