Valideyinlər, vətəndaşlar və mülkü fəallar axondroplaziya dərmanının maliyyələşdirilməsi tələbi ilə Rustaveli prospektində etiraz aksiyası keçirirlər. İlk dəfə aksiyalara 6 gündür kansleriyada gecələyən, axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri və vətəndaşların qoşulduğu hökumət administrasiyası ərazisində start verilib.
Hazırda etirazçılar Azadlıq metrosunun yaxınlığında etiraz aksiyası keçirirlər, bundan sonra etirazçılar hökumət administrasiyasına doğru yönələcəklər.
“Uşaqlarımızın sağlamlıq hüququnu əlimizdən almayın!” – Rustaveli prospektində keçirilən etiraz aksiyasında valideyinlər qeyd edirlər.
Aksiya baş nazir İrakli Qaribaşvilinin bu gün ilk dəfə axondroplaziya diaqnozu qoyulmuş uşaqlar haqqında danışmasından və valideynləri siyasətçi kimi istifadə etməməyə çağırmasından sonra elan edilib.Qaribaşvili valideynlərin xahişini nəzərə alıb onlarla görüşmək niyyətində olub-olmadığını açıqlamayıb. Dərmanların gətirilməsi ilə əlaqədar isə baş nazir “bir az gözləmək lazımdır” deyib.
Valideynlər baş nazirin bu cür çıxışından təəccüblənmədiklərini, əksinə dayanmayacaqlarını, güclənəcəklərini bildiriblər.
Qeyd edək ki, axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri 6-cı gündür ki, dövlət idarəsində gecələyirlər – onlar dövlətdən dərmana büdcədən lazımi vəsaitin ayrılmasını tələb edirlər ki, uşaqlar müalicə olunsun.