“Georgian Airways” Tbilisi və Sankt-Peterburq arasında uçuşlara başlayır.
QafqazTürk.com xəbər verir ki,”TASS”a istinadən xəbər verir.
Məlumata görə, birbaşa uçuşlar dekabrın 10-dan başlayacaq və “Georgian Airways” həftədə iki dəfə, çərşənbə və bazar günləri uçuşlar həyata keçirəcək.
Qeyd edək ki,iyulun 1-də Ukrayna “Georgian Airways”ə qarşı sanksiyalar tətbiq edib.Qərarı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.
Paketdə “Georgian Airways”in təsisçisi Tamaz Qiaşviliyə qarşı şəxsi sanksiyalar da var. Sanksiyalar 10 il müddətində qüvvədə olacaq. Ümumilikdə, sanksiyalar 190 fiziki şəxsə və 290 şirkətə şamil edilir.
Tamaz Qiaşvili Rusiya ilə uçuşların bərpasının fəal tərəfdarlarından biri olub. Vladimir Putin uçuşlara qoyulan qadağanı aradan qaldırdıqdan sonra “Georgian Airways” Moskvaya uçuş icazəsi üçün müraciət edən ilk aviaşirkətlərdən biri olub.