Another advertisement
Son iki gündə Qucarat ştatının qərbində ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Ştatın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi ilin bu vaxtı güclü küləklə müşayiət olunan qeyri-adi şiddətli qeyri-mövsümi tufanlar nəticəsində daha 23 nəfərin xəsarət aldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.
“Qucaratda son 48 saatda davam edən qeyri-mövsümi yağışlar zamanı ildırım vurması nəticəsində ümumilikdə 24 ölüm qeydə alınıb. Leysan Qucaratın 234 rayonunda külli miqdarda ziyan vurub”, – deyə departamentin açıqlamasında bildirilib.Hindistanın daxili işlər naziri Amit Şah həlak olanların ailələrinə başsağlığı verib.