This is a specific ad

HƏMAS bir qrup girovu azad etdi

46

Another advertisement

İsrailli girovların birinci qrupu Qırmızı Xaç Komitəsi əməkdaşları ilə birlikdə Qəzza zolağından çıxıblar.

QafqazTürk.com xəbər verir ki,bu barədə İsrail rəsmisi məlumat verib.

O bildirib ki, 13 nəfərdən ibarət İsrailli girovların birinci qrupu hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin əlindədir və təcili yardım maşınlarında Qəzza zolağının cənubundakı Xan-Yunisdən İsrailə gedən Rəfah keçidinə doğru irəliləyirlər.

Girovların ailələri doğmaları ilə qovuşacaqları İsrail xəstəxanalarına yola düşüblər.

Həmçinin Tailandın baş naziri Settxa Txavisin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürdüyü 12 taylandlı girovu azad etdiyini açıqlayıb.

Qeyd edək ki, atəşkəsin qüvvədə olduğu cəmi dörd gün ərzində HƏMAS silahlıları tərəfindən girov götürülən 200-dən çox girovdan ən azı 50-si azad ediləcək.

Girovların qaytarılması əməliyyatı İsraildə “Cənnətin qapıları” adını alıb. Girovların müqabilində İsrail 150 fələstinlini həbsdən azad edəcək.

İsrail mətbuatının məlumatına görə, azad edilən girovlar sektorun cənub hissəsində saxlanılıb.

Həmçinin Qətər Xarici İşlər Nazirliyin Qəzza zolağında saxlanılan girovlardan bir qrupunun Həmas və İsrail arasında razılaşma çərçivəsində Qırmızı Xaç təşkilatına təhvil verildiyini təsdiqləyib.

Məlumata görə, 24 girov Qırmızı Xaç təşkilatına verilib.

Qətər Xarici İşlər Nazirliyi eyni zamanda İsrail həbsxanalarından 39 fələstinli qadın və uşağın azad edildiyini təsdiqləyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcü politoloq: “Azərbaycan və Gürcüstan olmadan Orta Asiya ölkələrinin layihələri tamamlanmır”
Öncəki yazı
Gürcüstan Dini Agentliyin nümayəndə heyəti Balakən şəhərində gürcü müsəlmanları ilə görüşüb