This is a specific ad

Onkoloji xəstələrin müalicəsi tam şəkildə maliyyələşdiriləcək

55

Another advertisement

“Onkoloji xəstələrin müalicəsini tam şəkildə maliyyələşdirəcəyik”.

QafqazTürk.com xəbər verir ki, bunu Baş nazir İrakli Ğaribaşvili deyib.

“Gürcüstanda 300-ə yaxın xərçəng xəstəsi uşaq var. Çox vaxt ölkəmizdə keyfiyyətli müalicə şəraiti olmadığından vətəndaşlar övladlarını müalicə üçün xaricə aparmalı olurlar. Biz bu uşaqların müalicə olunacağı dünyanın ən yaxşı klinikalarını seçmişik. Müalicə və yerləşmə ilə əlaqədar bütün xərcləri tam ödəyəcəyik”, – deyə Ğaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, xarici klinikalarda bir müalicə kursu 100 min avroya qədər olur. Gürcüstanın dövlət büdcəsindən xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün 30 milyon lari (11,9 milyon dollar) ayrılıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Son İran şahının oğlu Pəhləvi İsraildə “Mahsa Emini” etirazlarına dəstək axtarır
Öncəki yazı
Gürcüstanda 228 məscid müsəlman icmasına təhvil verilir