This is a specific ad

İranda universitet rektoru hicaba görə işdən qovulub

17

Another advertisement

İranın “Şərif” Texnologiya Universitetinin rektoru Rəsul Cəlili işdən qovulub.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, rektor bir müddət əvvəl Universitetin Kiş kampusunda keçirilən buraxılış mərasiminə tələbələrin hicabsız qatılmasını əks etdirən görüntülərin yayılmasından sonra işindən uzaqlaşdırılıb.

Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Məhəmmədəli Zülfi Gülün əmri ilə Rəsul Cəlili vəzifəsindən azad edilib və Abbas Musəvi “Şərif” Universitetinin yeni rektoru kimi onun yerinə təyin olunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Britaniya alimləri: Antarktida buzlaqlarının əriməsi prosesini dayandırmaq
Öncəki yazı
Gürcüstan istiqamətində Azərbaycan sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb