This is a specific ad

Marneuli bələdiyyəsinin 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi keçirilib

81

Another advertisement

Marneuli Meriyasının konfrans zalında Gürcüstanın “Yerli Özünüidarəetmə Məcəlləsi”-nə uyğun olaraq, Marneuli Munisipalitetinin 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi keçirilib.

Görüşü Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze və merin müavini Zurab Panqani açıblar.

Maliyyə-büdcə xidmətinin rəhbəri Koba Çxitunidzenin təqdim etdiyi 2024-cü ilin büdcə layihəsinin təqdimatından sonra, ictimai görüş sual-cavab rejimində davam edib.

Bundan əlavə, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) direktoru Rəşan Ziyadəliyev, mərkəzin hazırladığı təşəbbüsləri prezentasiya şəklində auditoriyaya təqdim edib.Görüşdə Munisipalitet rəhbərləri, Meriya və Sakrebulo nümayəndələri, Munisipalitetin Gender Bərabərliyi Şurası, qeyri-hökumət sektoru, yerli media və mövzu ilə maraqlanan vətəndaşlar iştirak ediblər.Marneulidə 2024-cü ilin büdcəsi ilə bağlı ictimai müzakirələr davam edəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Azərbaycan-Gürcüstan sərhədini pozan Pakistan vətəndaşı saxlanıldı
Öncəki yazı
მარნეულის მუნიციპალიტეტის 2024 წლის ბიუჯეტის პროექტის საჯარო განხილვა გაიმართა