This is a specific ad

“X” simvolunun yaranma tarixçəsindən Ərəb dilində “şey “ sözü təkdədir

20

Another advertisement

“X” (iks) simvolunun yaranma tarixçəsindən Ərəb dilində “şey “ sözü təkdədir.

Sözün cəm forması “əşya”dır . Bizim işlətdiyimiz “əşya” sözü, əslində, ərəbcə “şeylər” deməkdir.

Dahi şair, riyaziyyatçı, astromom və filosof Ömər Xəyyama deyirdilər ki, sən dahisənsə, niyə rübailərlə vaxt itirirsən? Sənə bütün bu savadı verən müəllimlər kitab yazmadan ölüblər, sən onların etdiyini etmə, bildiklərini yaz. Ömər Xəyyam da deyir ki, “Elm kitabları bir-birini təkzib etməyə davam edəcək və mən gülünc vəziyyətə düşmüş olacağam. Amma əsrlər boyu şeir, rübai dəyişilməz qalır.

Lakin Ömər Xəyyam tezliklə naməlum tənliklər haqqında kitab yazır. Həmin kitabında naməlum tənlikdəki “naməlum”a ərəbcə “şey” adını verir. Sonralar kitab ispanların əlinə keçəndə onu “xay”a çevirirlər. Zaman keçdikcə “ay” atılır, ortada yalnız “x” (iks) qalır. Daha sonra bildiyimiz “x” bütün riyaziyyatda naməlum simvolu kimi istifadə olunur.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Qaraçöpdə etno festival keçirilib
Öncəki yazı
მარნეულელმა ძიუდოისტებმა, ევროპის ჩემპიონატზე ბრინჯაოს სამი მედალი მოიპოვეს