Another advertisement
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, Qomi-Saçxere-Çiatura-Zestafoni yolunun hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bildirilir ki,güclü qar yağması və temperaturun aşağı düşməsi ilə əlaqədar respublika əhəmiyyətli Qomi-Saçxərə-Çiatura-Zestafoni avtomobil yolunun hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Məlumatına görə, yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.