This is a specific ad

Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya arasında Anlaşma Memorandumu imzalanıb

58

Another advertisement

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

Qafqaztürk xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib.

Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
შეხვედრა საქართველოს აზერბაიჯანელთა კონგრესის თავმჯდომარესა და მარნეულის საკრებულოს თავმჯომარეს შორის
Öncəki yazı
თამუნა მუსერიძე BBC-ის 2023 წლის 100 ყველაზე გავლენიანი ქალის სიაში მოხვდა