2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət indeksi (RPPI) 0,9%, indeksin illik artımı isə 10,7% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, indeks 2020-ci ilin orta göstəricisi ilə müqayisədə 25,1% artıb. RPPI-nin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli binalar (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.
“2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə mənzillər seqmentində (2,4%) qiymət artımı müşahidə olunub. Həmin dövrdə fərdi evlər seqmentində qiymətlər azalıb (-3,5%). 2022-ci ilin birinci rübü ilə müqayisədə qiymət artımı hər iki seqment üzrə – mənzillər üzrə 9,3%, fərdi yaşayış evləri üzrə isə 11,6% artıb”, – deyə məlumatda bildirilib.