This is a specific ad

ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı

52

Another advertisement

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı bəşəriyyət üçün qlobal problem adlandırıb.

QafqazTürk.com xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tənhalıq gündə 15 siqaret istehlakı ilə müqayisə oluna biləcək dərəcədə insan sağlamlığına mənfi təsir göstərir. Hətta piylənmə və oturaq həyat tərzi tənhalıq qədər təhlükəli deyil. Bu problem xüsusilə koronavirus pandemiyasının başlamasından sonra daha qabarıq şəkildə özünü büruzə verib.

Tənhalıq xüsusilə yaşlı insanlar üçün təhlükəlidir. O, demensiyanın inkişaf riskini 50 faiz, ürəyin işemik xəstəliyi riskini isə 30 faiz artırır.

Eyni zamanda, ÜST ekspertləri hesab edirlər ki, yer kürəsinin hər dörd ahıl yaşlı sakinindən biri tənhalıqdan əziyyət çəkir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Öncəki yazı
ღარიბაშვილმა სამშენებლო ამნისტია გამოაცხადა