Another advertisement
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri xatırlandı, səfər zamanı əlaqələrin daha da genişləndirilməsi ilə əlaqədar səmərəli müzakirələrin aparıldığı qeyd olunub.
Cuanşer Burçuladze və İlham Əliyev əməkdaşlığın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.