Another advertisement
Noyabrın 20-dən etibarən Gürcüstanda hava şəraiti pisləşəcək.
QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilir ki, qeyri-sabit hava şəraiti 22 noyabr, gün sonunadək davam edəcək. Sinoptiklər ölkə ərazisində yağışlı havanın hökm sürəcəyini, yüksək dağlıq rayonlarda qar yağacağını və güclü qərb küləyinin əsəcəyini proqnozlaşdırırlar.
Məlumata əsasən, gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər.