Another advertisement
Çayın tərkibində kofein olduğu üçün taxikardiyanı sürətləndirə bilər.
QafqazTürk.com xəbər verir ki, həkim İrina Brejnevanın sözlərinə görə, bəzi insanların çay içəndən sonra halı dəyişə bilər.
“Yüksək doza kofein orqanizmə düşdükdən sonra baş ağrısı, qarında ağrı, təzyiqin qalxması və ürək ritminin artması – taxikardiya ola bilər. Yaxşı olar ki, həssas adamlar yemək yeyəndən sonra çay içməsinlər. Eləcə də axşam 8-dən sonra çay içmək yuxunu pozur, yuxusuzluğa səbəb olur. Çay həm də yeməklə əldə ediləcək dəmir, vitamin və mikroelementlərin sovrulmasını pozur. Acqarına da çay içmək olmaz“, – deyə Brejneva qeyd edib.
P.S Apteklərdə kofeinsiz çay və kofe satılır. Sağlamlığınız üçün kofeinli içkilərdən uzaq durun.