This is a specific ad

Azərbaycan millisi İsveç yığmasını darmadağın etdi – VİDEO

58

Another advertisement

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

QafqazTürk.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb.

Azərbaycan bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib.

Öncəki üç görüşün hər birində İsveç qol buraxmadan qalib gəlmişdi. Hər iki kollektivin hazırda yeddi xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib – 2:0.

Xatırladaq ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Kateqoriya: İdman
Sonrakı yazı
Son 6 ildə Gürcüstanda yüksək maaş alanların sayı
Öncəki yazı
საქართველო & შოტლანდია მატჩის შედეგი