This is a specific ad

Bunlar beyni pozur və vaxtından əvvəl öldürür

51

Another advertisement

Alimlər bu qənaətə gəliblər ki, qazlı içkilər, çörək və pizza beyni zəiflədir və vaxtından əvvəl ölümə səbəb olur.

QafqazTürk.com xəbər verir ki, bu barədə məlumat “Annals of Neurology” jurnalında dərc edilib.

Qazlı içkilər siyahıda birinci yeri tutub. On il ərzində tədqiqatçılar qazlı içkilər içən 4300 nəfəri analiz edib. Nəticədə onların əksəriyyətinə demensiya diaqnozu qoyulub.

İkinci yeri tərkibində trans yağları olan xəmir məhsulları tutub. Çörək məmulatları araşdırmasına demans (yaddaş və buna oxşar zehni qabiliyyətlərin pozğunluğu) olmayan 60 yaşdan yuxarı 1628 insan daxil edilib. On illik müşahidələr zamanı onlardan 377-də bu xəstəlik aşkarlanıb.

Üçüncü yeri pizza tutub. Bu təcrübədə 6000 böyük və 4000 uşaq iştirak edib. Dörd il ərzində onların IQ (AyKyu) ballarının aşağı düşdüyü məlum olub. İştirakçılar beyin funksiyası və yaddaş testlərində ən aşağı bal toplayıblar. Qeyd olunub ki, xüsusilə uşaqlıqda pizza yemək şifahi qabiliyyətlərə xüsusilə güclü təsir göstərir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Diş ağrısını ən tez kəsməyin YOLLARI
Öncəki yazı
Arıqlamağı sürətləndirən 10 əsas qida