Another advertisement
Tbilisinin Rustaveli prospektində, parlament binasının qarşısındakı əsas şam ağacının işıqlandırılması dekabrın 15-nə planlaşdırılır.
QafqazTürk.com xəbər verir ki,bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaxa Kaladzenin sözlərinə əsasən, o, digər təfərrüatlar barədə daha sonra ictimaiyyətə məlumat verəcək.
“Tbilisi 2024-cü ili yeni şam ağacı ilə qarşılayacaq. Yadınızdadır mı, keçən il şam ağacına fişəng atıldı və o, alovlandı. Yanğınsöndürənlər yanğını söndürdülər, lakin şam ağacı zərər gördü və biz yeni ağac almalı olduq. Dekabrın 15-də ölkənin əsas şam ağacını işıqlandırmağı planlaşdırırıq. Müvafiq konsert olacaq, bu barədə daha sonra sizə məlumat verəcəyəm”, – deyə Kaxa Kaladze bildirib.