This is a specific ad

Cozef Bayden Si Cinpinlə görüşün məqsədini açıqlayıb

50

Another advertisement

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə görüşdən sonra həmin ölkə ilə əlaqə qurmağı gözləyir.\

QafqazTürk.com xəbər verir ki,Baydenin bəyanatını “Reuters” yayıb.

Bayden qeyd edib ki, Si Cinpinlə noyabrın 15-də baş tutacaq danışıqların məqsədi iki dövlət arasında normal əlaqəni, o cümlədən hərbi-hərbi əlaqələri bərpa etməkdir.

ABŞ Prezidenti əlavə edib ki, gərginlik dövründən sonra Çinlə münasibətləri yaxşılığa doğru dəyişməyə çalışır.

Qeyd edək ki, noyabrın 15-də Cozef Bayden San-Fransiskoda Çin lideri ilə görüşəcək. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə yeni ilin gəlişi ilə bağlı şam ağacının işıqlandırılacağı vaxt açıqlanıb
Öncəki yazı
Gürcüstan ingilis dilinin bilik səviyyəsi ilə regionda liderlik edir