Another advertisement
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.