“Azərbaycanla mədəniyyət sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik”.
Bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyə ilə Azərbaycan arasında mədəniyyət əməkdaşlığı müqaviləsinin imzalanmasından sonra “Qafqaztürk”ün Ankara bürosuna danışarkən deyib.
Nazir bildirib ki, bu müqavilə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə stimul qazandıracaq:
“Mədəniyyət həyatımızın ayrılmaz bir hissəsidir, sənət, ədəbiyyat və digər sahələrə diqqət ayırmaq ölkələrimiz arasında qurulan körpüləri möhkəmləndirir. Türk dünyasının mirasına sahib çıxmaq və mədəniyyət sahəsini təşviq etmək başlıca məqsədimizdir. Bu mənada Türkiyə ilə Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməsi buna bariz nümunədir”.
Qeyd edək ki, Ankarada Türkiyə Azərbaycan müştərək komissiyasının 3-cü iclasında Türkiyə ilə Azərbaycan arasında mədəniyyət əməkdaşlığı haqqında müqavilə imzalanıb.