Another advertisement
Birləşmiş Krallığın yeni xarici işlər naziri Brexitdən əvvəl ölkəyə 2010-2016-cı illərdə rəhbərlik etmiş keçmiş baş nazir Devid Kemeron olacaq.
Qafqaztürk xəbər verir ki, məlumatı “BBC” yayıb.
Baş nazir Rişi Sunak Nazirlər Kabinetində kadr dəyişikliklərinə daxili işlər naziri Suela Bravermanı vəzifəsindən azad etməklə başlayıb.
Onun postunu artıq keçmiş xarici işlər naziri olan Ceyms Kleverli təhvil alıb.Həmçinin təhsil naziri istefa verib və səhiyyə naziri vəzifəsindən getməyi tələb edib.