This is a specific ad

İslandiyada lava təhlükəsi səbəbindən şəhər təxliyə edilir 

57

Another advertisement

İslandiyada noyabrın 8-də “Mavi laquna” geotermal kurortunun ərazisində baş verən silsilə güclü zəlzələlərdən sonra yığılan lavanın püskürməsi təhlükəsi ilə əlaqədar Qrindavik sakinlərinin təxliyə edildiyi elan edilib.

QafqazTürk.com xəbər verir ki,sosial şəbəkələrdə vulkanın kraterində qaynayan lava üzərində uçan dronun köməyi ilə çəkilmiş video yayılıb. Kadrlarda vulkanın dərinliklərindən axan alovlu çayı əks etdirən görüntülər qeydə alınıb.

Qrindavik hakimiyyəti şəhərdə fövqəladə vəziyyət elan edib, mülki müdafiə departamentinin direktoru Vidir Reynisson isə şəhər sakinlərinin iki-üç saat ərzində təhlükəli ərazini tərk etmək məcburiyyətində olduğunu bildirib.

Lavanın səthə çıxma ehtimalı səbəbindən 3700 nəfərin yaşadığı qəsəbənin təxliyə edilməsi əmri verilib.

Qeyd edək ki, Svartsengi elektrik stansiyası oyanmış vulkanın təsir zonasında yerləşir. İslandiya hakimiyyəti onun ərazisini qoruyucu qurğularla hasara almağa qərar verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Pegasus” aviaşirkəti Kutaisi hava limanında fəaliyyətə başlayır
Öncəki yazı
Mədəaltı vəzi xərçənginə qarşı peyvənd siçanlar üzərində uğurla sınaqdan keçirildi