Another advertisement
“Qətər Qəzza zolağında münaqişənin həlli üçün diplomatik səylərini davam etdirir və yaxın gələcəkdə humanitar atəşkəsin nail olacağına ümid bəsləyir”.
Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə iclasında bildirib.
“Eskalasiyanın azaldılması, qan tökülməsinin dayandırılması və mülki əhalinin müdafiəsi üçün bütün diplomatik səyləri bundan sonra da dəstəkləyəcəyik”, – o deyib.