This is a specific ad

Qaribaşvili: Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün hər iki tərəfin etimadı vacibdir

20

Another advertisement

Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyinə dair uğurlu presedent mövcuddur.

Qafqaztürk xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunda, ermənistanlı həmkarı Nikol Paşinyanla birgə panel müzakirəsində deyib.

“İki il əvvəl biz (Azərbayacan və Ermənistan arasında – red.) uğurlu vasitəçilik etdik. Bu, bizim Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə yaratdığımız ilk vasitəçilik presedenti idi. Azərbaycan Ermənistanda saxlanılan 15 nəfəri Gürcüstanın vasitəçiliyi ilə azad etdi və İrəvan minalanmış ərazilərin xəritəsini verdi. Ona görə də Gürcüstan bu nəticələrə nail olmağa qadirdir”.

Hökumət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında vasitəçi o ölkə olmalıdır ki, ona hər iki tərəf etimad edir.

“Düşünürəm ki, burada etimad vacibdir. Çünki kimsə vasitəçilik təklif edirsə, bu vasitəçiyə hər iki tərəfdən etimad olmalıdır. Əgər etimad yoxdursa, vasitəçilik uğurlu olmayacaq. Daha bir məsələ isə – mən bu ilin əvvəlində Davosda da demişdim – ola bilsin tərəflər bir-birilərinə etibar etmirlər, lakin əməkdaşlıq olmalıdır. Əməkdaşlıq, müzakirələr və dinc dialoq olmadan sülh olmayacaq”, – Qaribaşvili bildirib

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Dağ-Qızılhacılı qəbiristanlığında mal-qara otarılır – FOTO
Öncəki yazı
Müəllim şagirdə cinsi zorakılık tətbiq edib