This is a specific ad

Bu tərəvəzin suyu saç tökülməsinin qarşısını alır

30

Another advertisement

Bir çoxlarınız qoca nənələrinizdən soğan suyunun saçlara olan faydası haqqında yəqin ki, eşitmisiniz. Soğan suyu saç köklərini möhkəmləndirərək onların tökülməsinin qarşısını alır.

QafqazTürk.com milli.az-a istinadən xəbər verir ki, soğan suyu saç dərisini problemlərini də həll edərək tük köklərini möhkəmləndirir və saçların uzanmasına səbəb olur. Saç tükü xaricdən keratinlə örtülən və proteinləri ilə saçı gücləndirən maddələrdən ibarətdir.

38 saçqıranı olan adam üzərində aparılan araşdırmalar zamanı gündə 2 dəfə saçqıran olan nahiyəyə soğan suyu sürtən adamların saçqıran probleminin həll edildiyi qeyd edilmişdir.

Soğan suyunun faydaları haqqında bir çox ölkələrin dermatoloji jurnallarında da məqalələr çap edilmişdir. Məqalələrdə saçların ağarmasında saç köklərində yığılıb qalan hidrogen peroksid maddəsinin səbəb olduğu barədə yazılar da dərc olunub. Yazılarda saçların ağarmasında tüklərin dibində olan katalaz maddəsinin az olduğunun da rolu olduğu qeyd edilir. Katalaz saçların ağarmasının qarşısını almaqla yanaşı, tükləri də qalınlaşdırır. Katalazın əmələ gəlməsində isə soğan suyu mühüm rol oynayır. Buna görə də mütəxəssislər soğan suyunun saçların ağarması prosesini ləngitdiyini, saçları möhkəmlətdiyini və uzanmasına səbəb olduğunu söyləyirlər.

Soğan suyu antibakterial təsirə malik olduğu üçün saç dərisindəki infeksiyaların da sağalmasına səbəb olduğuna görə bir çox dermatoloqlar saç problemləri olan xəstələrə soğan suyudan istifadə etməyi tövsiyə edirlər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Gürcüstan İnterpolun axtarışında olan şəxsi İtaliyaya ekstradisiya edib
Öncəki yazı
კანდიდატის სტატუსს თან უნდა ახლდეს ევროპული ჩართულობა, არჩევნებზეც რათა საშუალება მოგვეცეს გადავლახოთ ეს ეტაპიც. -ზურაბიშვილი