This is a specific ad

İsrail ordusu Qəzza zolağında qısamüddətli humanitar fasilələrə hazır olduğunu açıqlayıb

19

Another advertisement

İsrail Qəzza zolağında uzunmüddətli atəşkəs olmadan, yalnız humanitar yardımın çatdırılması üçün qısamüddətli humanitar fasilələrə razıdır.

Qafqaztürk xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

“Atəşkəs olmayacaq. Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün taktiki, lokal fasilələr var. Bu humanitar fasilələr zaman və ərazi baxımından məhduddur”, – İsrail ordusunun sosial mediada yayımlanan bəyanatında deyilir.

Qeyd olunur ki, İsrail hərbçiləri Qəzza zolağında yaşayan mülki vətəndaşların müvəqqəti olaraq anklavın cənubuna daha təhlükəsiz ərazilərə keçməsi və orada humanitar yardım ala bilməsi üçün də humanitar dəhlizlər açır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
NATO Hərbi Komitəsi Gürcüstanda səfərdədir
Öncəki yazı
Ermənistanda gənclər hakimiyyət əleyhinə etiraz aksiyası keçirir