NATO-nun hərbi komitəsi Gürcüstana gəlib

46

Another advertisement

NATO-nun hərbi komitəsinin üzvləri müdafiə sahəsində islahatları müzakirə etmək üçün Gürcüstana iki günlük səfərə gəliblər.

QafqazTürk.com  xəbər ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi komitənin nümayəndə heyətini və admiral Rob Baueri Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze qarşılayıb.

Tərəflər Gürcüstanın müdafiə sektorunda islahatlar prosesində əldə etdiyi irəliləyişi müzakirə ediblər. Gürcüstanın müdafiə qüvvələrinin birgə təlimlərdə iştirakının və Gürcüstanda beynəlxalq təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib…”, – deyə məlumatda bildirilib.

Bundan əlavə, tərəflər regional təhlükəsizliyin mövcud çağırışlarını və nüanslarını, həmçinin NATO ilə Gürcüstan arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ევროკომისია საქართველოს EU-ის კანდიდატის სტატუსის მიღებაზე რეკომენდაციას უწევს
Öncəki yazı
9 ay ərzində Gürcüstanda baş vermiş məişət zorakılıqlarının sayı