Bu ilin 9 ayı ərzində 5 min 920 məişət zorakılığı faktı müəyyən edilib ki, onlardan 4 min 977-si qadın, 943-ü isə kişilərdir.
QafqazTürk.com xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.
Statistik məlumatlara görə, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək ailədə 1764 fiziki zorakılıq, 6 min 29 psixoloji, 76 iqtisadi, 26 cinsi zorakılıq, 64 məcburiyyət və 44 baxımsızlıq hadisəsi baş verib.
Yaş qrupuna gəldikdə isə, ailədə kişi və qadınlara qarşı ən çox zorakılıq halları 25-44 yaş kateqoriyasında aşkar edilib.
O cümlədən, qeyd olunan yaş kateqoriyasında 2 min 701 qadın, 274 kişi qurban var.
Bundan başqa məlumatlar göstərir ki, 83 qız və 82 oğlan 13 yaşa qədər məişət zorakılığının qurbanıdır. 14-17 yaş kateqoriyasında isə 149 qız və 52 oğlan zorakılığa məruz qalıb.
Statistikaya görə, hesabat dövründə aşkar edilmiş zorakılıq hallarında 4 min 785 nəfərin kişi, 867 nəfərinin isə qadın olduğu aydın görünür.
Qeyd edək ki, zorakılığa məruz qalan kişi və qadınların böyük hissəsi 25-44 yaş kateqoriyasına aiddir. Qeyd olunan yaş kateqoriyasında 2 min 893 zorakı kişi və 405 qadın var.
Statistik məlumatlara görə, bu ilin 9 ayında 6 min 510 həbs qətimkan tədbiri seçilib.