Bu ilin 9 ayında Gürcüstanda qadınlara qarşı 525 zorakılıq faktı aşkarlanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat dərc edilib.
Məlumata görə, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək qadınlara qarşı 94 fiziki zorakılıq, 540 psixoloji, 1 iqtisadi, 15 seksual və 15 məcburi zorakılıq faktı qeydə alınıb.
Bununla yanaşı, müəyyən edilmiş hallarda cinayəti törədənlərin 505-i kişi, 29-u qadındır.
Statistik rəqəmlərdən aydın olur ki, zorakılığa məruz qalan qadınlar daha çox 25-44 yaş arasındadır. Hesabat dövründə qeyd olunan yaş kateqoriyasında qadınlara qarşı 331 zorakılıq faktı qeydə alınıb. Bundan başqa, sənəddə yaşı 13-dən az olan 4 qızın zorakılığın qurbanı olduğu, 14-17 yaş kateqoriyasında 16 zorakılıq faktının müəyyən edildiyi qeyd olunub.