Another advertisement
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.
QafqazTürk.com xəbər verir ki, təbrik mətni nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr – Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə yad edirik”, – deyə paylaşımda bildirilib.