This is a specific ad

8 Noyabr Azərbaycanda Zəfər Günüdür

71

Another advertisement

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən Azərbaycanın işğal altında olan ərazilərini azad etmək üçün başladılan zəfər yürüşündə Azərbaycan Ordusu heyrətamiz uğurlara imza atıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan əhalisi üçün ən mühüm və rəmzi olan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın baş tacı olan Şuşa şəhərinin azad edilməsi nadir hərbi əməliyyatlardan biri idi. Azərbaycanın hərbi qələbələri, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın məğlubiyyətini etiraf etməsinə səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan xalqının qüdrətinin və milli qürurunun təntənəsinə çevrilmiş və xüsusi əhəmiyyət kəsb edən bu misilsiz qələbənin davam etdirilməsi üçün tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin nüfuzuna və gələcək inkişafına görə hər il 8 noyabr Azərbaycan Respublikasında Qələbə Günü kimi qeyd olunur.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə Bakı şəhərində Müharibə Memorial Kompleksi və Qələbə Muzeyi yaradılıb.  

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayıb və həmin ilin 10 noyabr tarixinədək davam edib.
Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağda atəşkəs haqqında saziş imzaladıqdan sonra döyüşlər dayanıb.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Üzeyir Hacıbəyov: ” “Muğam” oxumayan Şuşalı deyil”
Öncəki yazı
უზეირ ჰაჯიბეკოვი: ვინც არ მღერის ,,მუღამ”-ს ის შუშელი არ არის!!!