This is a specific ad

Baş nazir: Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsi mürəkkəb təhlükəsizlikdən xəbər verir

54

Another advertisement

Gürcüstanın Qori munisipalitetinin Kirbali kəndi yaxınlığında Rusiya hərbçiləri tərəfindən Gürcüstan vətəndaşının qətlə yetirilməsi həmin ərazidə təhlükəsizliyin nə qədər mürəkkəb olduğundan xəbər verir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin bəyanatında qeyd olunub.

O, insidentlə bağlı bütün aidiyəti mexanizmlərin işə salındığını, Gürcüstanın beynəlxalq tərəfdaşlarının faktla bağlı məlumatlandırıldığını bildirib.

Əlavə olunub ki, saxlanılmış digər Gürcüstan vətəndaşının azadlığa buraxılmasının təmin edilməsi istiqamətində fəal iş aparılır.

Hökumət başçısı beynəlxalq ictimaiyyəti insidentə lazımi qiymət və reaksiya verməyə çağırıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili də insidentə görə beynəxlalq ictimaiyyəti Rusiyanı qınamağa çağırıb.

“Gürcüstan dövlətçiliyinə açıq-aşkar bu hücum bir daha “din qardaşı”nın həqiqi mahiyyətini ifşa edir”, – Zurabişvili “X” platformasındakı paylaşımında yazıb.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili isə Rusiyanı Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına riayət etməyə və saxlanılan digər Gürcüstan vətəndaşını azadlığa buraxmağa çağırıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Prezident: “Əsrlərdir ki, biz Rusiyanın təcavüzünü izləyirik”
Öncəki yazı
Aİ Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib