This is a specific ad

Aİ Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib

57

Another advertisement

Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) Gürcüstan vətəndaşının Qori munisipalitetinin Kirbali kəndi yaxınlığında qətlə yetirilməsini təsdiqləyib.

QafqazTürk.com xəbər verir ki,bu barədə missiyanın “X” platformasındakı paylaşımında bildirilib.

“Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (EUMM) Cənubi Osetiya İnzibati Sərhəd Xəttində Gürcüstan vətəndaşının faciəvi şəkildə həyatını itirməsi ilə nəticələnən insidentin baş verdiyini təsdiqləyir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz istənilən formada güc tətbiqini ən sərt şəkildə pisləyirik və ölümlə nəticələnən bu insidentlə bağlı son dərəcə narahatlığımızı bildiririk. Bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunması üçün bu cür hadisələrin qarşısının alınması zəruridir”, – bəyanatda bildirilib.

Missiya vəziyyəti yaxından monitorinq etdiyini və gərginliyin aradan qaldırılması istiqamətində çalışdığını əlavə edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Baş nazir: Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsi mürəkkəb təhlükəsizlikdən xəbər verir
Öncəki yazı
Netanyahu Qəzzada atəşkəs olmayacağını açıqlayıb