Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili Kirbali kəndinə gedib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Salome Zurabişvili Rusiya işğalçı qüvvələri tərəfindən öldürülən Tamaz Qinturinin ailəsinə başsağlığı verib.
Məlumat üçün bildirək ki, Tamaz Qinturi noyabrın 6-da rus işğalçı qüvvələri tərəfindən güllələnib.
Tamaz Qinturi və Levan Dotiaşvili Lomis kilsəsinə şam yandırmaq üçün gediblər. Rus işğalçı qüvvələrinin nümayəndələri onlara atəş açıblar. Nəticədə Tamaz Ginturi öldürülüb, Levan Dotiaşvili isə qaçırılıb.