This is a specific ad

Rikard Jozviak: “Gürcüstan namizəd statusu alacaq”

15

Another advertisement

“Gürcüstan müəyyən şərtlərlə Aİ-yə üzv olmaq üçün namizəd statusu alacaq”.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun avropalı müşahidəçisi Rikard Jozviak sosial şəbəkələrdə yazıb.

27 Avropa ölkəsinin Nazirlər Kabinetinin rəhbərləri Aİ-nin genişlənməsini müzakirə etmək üçün görüşdülər. Noyabrın 7-də danışıqlar davam edəcək, lakin əsas ilkin şərtlər bəllidir: Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarının başlanmasını (çox güman ki, 2024-cü ilin martında) gözləyəcək və Gürcüstan növbəti mərhələyə keçmək üçün şərtlərlə namizəd statusu alacaq“, – deyə o qeyd edib.

Xatırladaq ki, dünən Şərq Tərəfdaşlığı ilə əlaqədar bir sıra Avropa rəsmiləri Gürcüstanda səfərdə idi.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Türkiyədə İsrailə etiraz etmək üçün McDonalds-a siçanlar buraxıldı
Öncəki yazı
Azərbaycanın Zəfər Günü münasibətilə Təbrizdə vərəqələr paylandı