Bolnisidə uşaq bağçasında 15 uşaq zəhərlənib – Milli Qida Agentliyi yoxlamalar aparır

129

Bolnisidə uşaqların sərxoş olması ilə bağlı araşdırma aparılır. 

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Bolnisi bələdiyyəsinin 6 saylı uşaq bağçasında plandankənar yoxlamalar aparılır.

“Milli Qida Agentliyinin Kvemo Kartli regional bölməsinin təftiş qrupu Bolnisi bələdiyyəsinin 6 saylı uşaq bağçasında 15 uşağın qidadan zəhərləndiyi iddiası ilə əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində daxil olan məlumat əsasında aparılır.

Yoxlama prosesində bildirişdə qeyd olunan qida/xammaldan laboratoriya tədqiqatı üçün nümunələr götürülür. Yoxlama və laboratoriya tədqiqatlarının nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib. 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycanın Zəfər Günü münasibətilə Təbrizdə vərəqələr paylandı
Öncəki yazı
სახელმწიფო უსაფრთხოების სამსახურის განცხადება